
Caspian Engineering Technology United və Endress+Hauser şirkətləri strateji əməkdaşlıq haqqında müqavilə imzalayıblar
2024-cü il noyabrın 15-də Caspian Engineering Technology United Limited-in Azərbaycan Respublikasındakı filialı və dünyanın aparıcı ölçmə cihazları istehsalçılarından biri olan Endress+Hauser International AG arasında strateji əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Bu əməkdaşlıq çərçivəsində tərəflər yüksək dəqiqlikli ölçü cihazlarının təchizatı və sənaye sahəsində texniki dəstək üzrə əməkdaşlıq edəcəklər. Tərəflər arasında imzalanan bu müqavilə gələcəkdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradacaq.